DİN Ucarda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb

DİN Ucarda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb
# 21 dekabr 2015 10:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Ucarda baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 18-də Ucar rayonunun Bərgüşad kənd sakini Elman Abbasov DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək Türkəci kəndində arvadı Aytənlə mübahisə etdiyini bildirib. O, qeyd edib ki, buna görə arvadı özünü yoldan keçən “VAZ-2106” markalı avtomobilin altına atıb. Avtomobil hadisə yerindən uzaqlaşdıqdan sonra isə E. Abbasov arvadına yaxınlaşıb onun başını asfalta vurub.

Hadisə yerindən qadının meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətmiş E.Abbasov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR