Prezident İspaniyanın xarici işlər nazirini qəbul edib

Prezident İspaniyanın xarici işlər nazirini qəbul edib
# 26 aprel 2016 15:49 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev aprelin 26-da İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo ilə görüşüb.

APA-nın xəbərinə görə, dövlət başçısı Türkiyə və İspaniyanın birgə təşəbbüsü ilə yaradılan BMT-nin Sivilizasiyalar Alyansının uğurlu fəaliyyətini qeyd edib və İspaniyanın alyansa verdiyi dəstəyi yüksək qiymətləndirib. O, İspaniya xarici işlər nazirinin Bakıda keçirilən bu tədbirdə iştirakını bu dəstəyin nümunəsi kimi dəyərləndirib.

Görüşdə mürəkkəb beynəlxalq vəziyyət və münasibətlərdə qarşıda duran vəzifələri müzakirə etmək baxımından forumun əhəmiyyəti qeyd edilib. Bu mühüm tədbirin beynəlxalq aləmə güclü müsbət mesaj verəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlıq əlaqələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR