Britaniya hökuməti İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb

Britaniya hökuməti İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb
# 29 mart 2016 15:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "İnsan hüquqları müdafiəçisi İntiqam Əliyevin şərti olaraq azadlığa buraxılması barədə Azərbaycan Ali Məhkəməsinin qərarını alqışlayıram”.

APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyanın Avropa naziri Devid Lidinqtonun bəyanatında deyilir.

O, bəyanatda Azərbaycan hökumətini bu müsbət addım və 17 mart tarixli əfv sərəncamı ilə yaradılmış dinamikanı irəlilətməyə çağırıb: “Birləşmiş Krallıq Azərbaycan hökumətinin demokratiya və insan haqlarını daha da gücləndirmək sahəsində səylərinə yardım etməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR