“Bank of Azerbaijan”ın əmanətçilərinə kompensasiya ödənilib

“Bank of Azerbaijan”ın əmanətçilərinə kompensasiya ödənilib
# 16 fevral 2016 16:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Yanvarın 29-dan agent bankların filiallarında sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 20,6 mln. manatdan artıq kompensasiya ödənilib.

Fond ictimaiyyətin diqqətinə çatdırır ki, 30 iyul 2007 -ci ildən fonda üzv olan “Gəncəbank” ASC-də 28 yanvar 2016-cı il tarixində sığorta hadisəsi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR