ABŞ-da iki təyyarə göydə toqquşub, ölənlər var

ABŞ-da iki təyyarə göydə toqquşub, ölənlər var
# 25 sentyabr 2016 19:33 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nort-Kollins şəhəri yaxınlığında (Nyu-York ştatı) iki yüngülmotorlu təyyarə göydə toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Cessna 140 və Piper Cherokee təyyarələri hava limanının yaxınlığında toqquşaraq yerə düşüb.

Hadisə nəticəsində 3 nəfər ölüb. Qəzaya səbəb kimi pilotların səhvi göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR