Ağcabədi sakininin evi, qarajı və maşını yanıb

Ağcabədi sakininin evi, qarajı və maşını yanıb
# 02 sentyabr 2016 10:33 (UTC +04:00)

Bakı - APA. Ağcabədi rayonu Mehrablı kəndində vətəndaşa məxsus, ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 28 m2 olan qarajın yanar konstruksiyaları və qarajda olan VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR