Poroşenko Davosda ABŞ-ın vitse-prezidenti ilə görüşüb

Poroşenko Davosda ABŞ-ın vitse-prezidenti ilə görüşüb
# 21 yanvar 2016 02:47 (UTC +04:00)

Bakı-APA. İsveçrənin Davos şəhərində Ukrayna prezidenti Pyotr Poroşenko ilə ABŞ-ın vitse-prezidenti Cosef Bayden arasında görüş olub.

APA-nın “Interfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın dövlət başçısı jurnalistlərə açıqlamasında bildirib.

“Ayrıca vitse-prezidentlə Ukraynada Konstitusiya islahatlarının “yol xəritəsi”ni müzakirə etdik”, deyə P.Poroşenko vurğulayıb.

Onun sözlərinə görə, görüş əsnasında tərəflər siyasi prosesi fəallaşdırmaq istiqamətində mövqelərini əlaqələndiriblər. O cümlədən Donbasda keçiriləcək seçkilərin Ukrayna qanunvericiliyinə uyğun olaraq və beynəlxalq müşahidəçilərin geniş iştirakı ilə keçirilməsinin vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR