Cəlilabad və Hacıqabul sakinlərində silah-sursat aşkarlanıb

Cəlilabad və Hacıqabul sakinlərində silah-sursat aşkarlanıb
# 29 fevral 2016 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Cəlilabad və Hacıqabul sakinlərində silah-sursat aşkar edilib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı rayonunun Zığ bağlar sahəsində yaşayan Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əhmədovun evindən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş tapança-pulemyot və 20 ədəd patron Hacıqabul şəhər sakini Xəyal Cavadovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Makarov” markalı tapança və 6 ədəd patron götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR