Goranboyda ağır qəza nəticəsində iki nəfər yaralanıb

Goranboyda ağır qəza nəticəsində iki nəfər yaralanıb
# 02 aprel 2016 08:38 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunda iki nəfərin yalanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Hyundai" markalı yük avtomobili ilə "Nissan" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR