Avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər

Avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər
# 06 oktyabr 2015 10:17 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər.

APA-nın məlumatına görə, Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişik edilib. Dəyişikliyə əsasən avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcəklər.


Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR