Ağdam sakini bıçaqlanıb

Ağdam sakini bıçaqlanıb
# 14 mart 2016 13:10 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdam rayonunda bıçaqlama hadisəsi qeydə alınıb. Ağdam Mərkəzi Rayon Xəstəxanasından APA-nın Qarabağ bürosuna verilən məlumata görə, rayonun Çəmənli kənd sakini Sadıqov Sadiq Əlövsət oğlu bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Ağdam Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, S. Sadıqov ilkin izahatında qonşusu Hilal Məmmədov tərəfindən bıçaqlandığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR