Nazir müavini: "Rusiya Azərbaycanla hesablaşmaların milli valyutalarla aparılması işini genişləndirmək niyyətindədir"

Nazir müavini: "Rusiya Azərbaycanla hesablaşmaların milli valyutalarla aparılması işini genişləndirmək niyyətindədir"
# 09 oktyabr 2015 15:38 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının XV iclasında çıxış edən Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksey Lixaçov bildirib.

“Əgər qarşılıqlı ticarət göstəricilərinə rubl hesabı ilə nəzər salsaq, hər iki tərəfdə 25-26 faiz artımı görərik. Qeyd etmək istəyirəm ki, qarşılıqlı hesablaşmalarda milli valyutadan istifadənin genişləndirilməsi məsələsini Rusiya Mərkəzi Bankı ilə işləyəcəyik", - deyə nazir müavini qeyd edib.

A. Lixaçovun sözlərinə görə, milli valyuta ilə hesablaşmaların aparılması ticarət dövriyyəsinin diversifikasiyasına və inkişafına, xarici dünya ilə əlaqədar risklərin azalmasına yardım edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR