Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn edilib - <span style="color: red;">YENİLƏNİB
# 12 aprel 2016 11:15 (UTC +04:00)

Beyləqan. Ziya Əmirxanlı - APA. Azərbaycan Silahlı Qüvvələrinin ermənilərlə döyüşdə şəhid olan müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü Mirzəyev Məhəbbət Zaman oğlu doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində dəfn olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, dəfn mərasimində Beyləqan və Xocavənd rayon İcra hakimiyyətlərinin rəhbərliyi, millət vəkilləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər iştirak edib.

Şəhidin tabutuna örtülən döyüş bayrağı atasına təqdim edilib.

***

12.19

Bakı. Etibar Məmmədov - APA. Cəbhə ermənilərlə döyüşdə şəhid olan 1996-cı il təvəllüdlü əsgər Baxşəliyev Rəşid Əliağa oğlu bu gün Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

APA-nın məlumatına görə, dəfn mərasimdə Sumqayıt və Zəngilan İcra hakimiyyətlərinin rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yaylım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhid torpağa tapşırılıb.

Şəhidin tabutuna çəkilən döyüş bayrağı yaxınlarına təqdim olunub.

Dəfndə "Şəhidlər ölməz, vətən bölünməz!" şüarı səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR