Şennak: “Hazırlayacağım hesabatda obyektivliyin qorunması önəmli prinsip olacaq”

Şennak: “Hazırlayacağım hesabatda obyektivliyin qorunması önəmli prinsip olacaq”
# 08 aprel 2016 16:19 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Milli Məclisdə görüşlər keçirib.

MM-dən APA-ya verilən məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvləri ilə görüşdə komitə sədri Əli Hüseynli əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövcud durumdan söz açıb. O, münaqişə ilə bağlı Avropa Şurasının nümayiş etdirdiyi obyektiv rolu yüksək qiymətləndirib və qurum rəhbərliyinə təşəkkür edib.

S. Şennak isə Avropa Şurasına üzv olan iki dövlət - Azərbaycan və Ermənistan arasında yaşanan bu münaqişədən dərin narahatlığını ifadə edib. O qeyd edib ki, həmməruzəçi kimi hazırlayacağı hesabatda obyektivliyin qorunması önəmli prinsip olacaq.

Sonra S. Şennak Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüb. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, Azərbaycan konstruktiv tənqiddən heç vaxt çəkinməyib və onun faydasını yaxşı başa düşür. Komitə sədri təəssüf hissi ilə deyib ki, qonağın səfərinin ermənilərin atəşkəsi pozduğu və cəbhə xəttində gərginlik yaşandığı bir dövrə təsadüf etməsini heç kəs istəməzdi. S. Seyidov bu faktların hazırlanacaq məruzədə öz əksini tapacağına əminliyini ifadə etdib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR