Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı bu gün Azərbaycana rəsmi səfərə gəlir

Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı bu gün Azərbaycana rəsmi səfərə gəlir
# 13 yanvar 2016 14:05 (UTC +04:00)

Bakı - APA. Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı, admiral Muhammad Zakaullah bu gün Azərbaycana rəsmi səfərə gəlirə.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazası ilə tanışlığı da nəzərdə tutulub.

Səfər yanvarın 16-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR