DSMF: Oktyabrda 16 mindən çox sığortaolunana fərdi şəxsi hesab açılıb

DSMF: Oktyabrda 16 mindən çox sığortaolunana fərdi şəxsi hesab açılıb
# 04 noyabr 2015 07:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - ASPA-Economics. 2015-ci il noyabr ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayında əlavə olaraq 16 147 sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən xəbərə görə,

cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 5,92% artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 152 503 nəfərə yüksəlib.

DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,19%-i (1 865 815 nəfər) kişi, 40,81%-i (1 286 688 nəfər) isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,02%-ni (788 890 nəfər) əhatə edir.

Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,25%-ni

(669 702 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,53%-ni (647 223 nəfər) 40-50 yaş

aralığında olan şəxslər, 21,16%-ni (667 033 nəfər) 50-60 yaş aralığında olan

şəxslər, 12,04%-ni (379 655 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvarın 1-dən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR