Dövlət ittihamçısı Rüfət Səfərova 10 il həbs cəzası istəyib

Dövlət ittihamçısı Rüfət Səfərova 10 il həbs cəzası istəyib
# 07 sentyabr 2016 16:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə APA-ya vəkil Bəhruz Bayramov məlumat verib. O bildirib ki, prosesdə prokuror R. Səfərova 10 il həbs cəzası istəyib.

Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək. R. Səfərov sabah son söz deyəcək.

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR