ABŞ-da gənc kilsədə tövbə etmədiyi üçün valideynləri tərəfindən döyülərək öldürülüb

ABŞ-da gənc kilsədə tövbə etmədiyi üçün valideynləri tərəfindən döyülərək öldürülüb
# 15 oktyabr 2015 07:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın Nyu-York ştatının Hartford şəhərində iki qardaş tövbə etmədikləri üçün kilsədə döyülüb. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, onlardan biri xəstəxanada dünyasını dəyişib.

Hadisə 11 oktyabr tarixində, axşam saatlarında baş verib. Şəhər polisindən bildiriblər ki, 19 yaşlı Lukas Leonard və onun 17 yaşlı qardaşı Kristofer Leonard bir neçə saat ərzində döyülərək günahlarını boyunlarına almağa və tövbə etməyə məcbur ediliblər. Onların döyülməsində 4 kilsə ziyarətçisi, həmçinin döyülən şəxslərin valideynləri Bryus və Debora Leonard və böyük bacıları Sara Ferqyuston iştirak edib.

Polis oktyabrın 12-də valideynlərin döyülən böyük qardaşı xəstəxanaya aparmasından sonra faktı araşdırmağa başlayıb. Gənc aldığı yaralardan xəstəxanada ölüb. Kiçik qardaş isə kilsənin ikinci mərtəbəsində döyülmüş halda tapılıb.

Hadisədə iştirak edənlər həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR