Azərbaycan prezidenti Gəncədə məktəb binasının açılışında iştirak edib

Azərbaycan prezidenti Gəncədə məktəb binasının açılışında iştirak edib
# 17 fevral 2016 10:09 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məktəbin əsaslı təmiri və yeni tədris korpusunun tikintisi barədə məlumat verilib. Bildirilib ki, bu məktəb 1962-ci ildə istifadəyə verilib və ilk dövrlərdə 39 nömrəli beynəlmiləl orta məktəb adlanıb. 1978-ci ildə görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin vəfatından sonra onun adını əbədiləşdirmək üçün pedaqoji kollektivin xahişinə əsasən məktəbə Mir Cəlal Paşayevin adı verilib.

Qeyd olunub ki, məktəbin 930 şagird yerlik mövcud binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Hazırda məktəbdə 2138 şagird təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR