Nazir müavini: "Azərbaycanda fövqəladə hallar atlasının yaradılması sosial-iqtisadi əhəmiyyətə malikdir"

Nazir müavini: "Azərbaycanda fövqəladə hallar atlasının yaradılması sosial-iqtisadi əhəmiyyətə malikdir"
# 29 aprel 2016 11:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə AMEA-nın illik yığıncağında bildirib ki, atlasın yaradılması yaşayış məntəqələri, sənaye və kənd təsərrüfatı müəssisələri, biznes obyektləri, strateji neft-qaz və kommunikasiya xətlərində fövqəladə halların qarşısının alınması baxımından sosial-iqtisadi əhəmiyyətə malikdir.

F. Tağızadə qeyd edib ki, atlasın yaradılmasının əsas məqsədlərindən biri Azərbaycan ərazisində fövqəladə halların idarə olunması, bu sahə üzrə geo-informasiya bazasının yaradılmasıdır: “Bazanın yaradılmasında məqsəd fövqəladə halların operativ idarə edilərək, ölkə ərazində risk və təhlükələrin dayandırılması olmalıdır. Vaxtında qabaqlayıcı tədbirlərin görülməsi, ərazinin mühafizəsinin təmin edilməsi, dəyən ziyanın minimuma endirilməsi, ölkənin inkişafının təmin edilməsi sahəsində vahid informasiya baza yaradılmalıdır. Artıq fövqəladə hallar atlasının yaradılması üçün yol xəritəsi hazırlanıb, bu istiqamətdə işlər davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR