Bakıda keçirilən II SABAH Forumu işini davam etdirir

Bakıda keçirilən II SABAH Forumu işini davam etdirir
# 05 dekabr 2015 09:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən 2-ci SABAH Forumu işini başa çatdırır.

APA-Economics”in verdiyi xəbərə görə, iki günlük forumda ölkənin ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələri iştirak edir.

Forumda təhsil naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, millət vəkili Fuad Muradov Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, R.İ.S.K Elmi İstehsalat Şirkətinin Müşahidə Şurasının həmsədri, biznesin inkişafı üzrə direktor Anar Əligülov iştirak edir. Müasir əmək bazarı şəraitində təhsil və karyera inkişafı mövzusunda panel müzakirələri ətrafında fikir mübadiləsi aparılır, tələbələrlə fəal dialoq mühiti yaradılır. Daha sonra isə iki günlük forumun videoxronikası nümayiş olunub.

Forumun ikinci günü tələbələr üçün “Karyera inkişafı”, “Vaxrtına sahib çıx”, “İnformasiya texnologiyaları gündəlik həyatda”, və “Sən də bir brendsən” mövzularına “ustad dərsləri” təşkil olunub. “Ustad dərsləri”ndə bir sıra özəl qurumların rəhbər və əməkdaşları, tanınmış treyner karyera inkişafı, informasiya texnologiyaları, vaxtın idarə olunması ilə bağlı biliklərini nümayiş etdiriblər.

Forumun bağlanış mərasimində fərqlənən tələbələrə müxtəlif nominasiyalar üzrə sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, SABAH qrupları 45 ixtisas üzrə elmi-pedoqoji potensialı, tədris laboratoriyası və maddi-texniki bazası yüksək olan 11 ali məktəbdə fəaliyyət göstərir. 1629 tələbənin təhsil aldığı bu qruplarda 500-dək müəllim çalışır.

Forum işini bu gün yekunlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR