"Azercell" "Hədsiz" tarif paketini yeniləyib

"Azercell" "Hədsiz" tarif paketini yeniləyib
# 09 dekabr 2015 15:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azercell” soyuq qış günlərində abunəçilərini yeni kampaniyalar, endirimli tarif paketləri və unikal xidmətləri ilə sevindirir.

“Azercell” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, yeni il ərəfəsində şirkət “Hədsiz” tarifinin istifadəçiləri üçün internet paketlərində yenilik təqdim edir. Yeniliyə əsasən, “Hədsiz” paketindən istifadə edən abunəçilər bundan sonra xüsusi təkrarlanmayan internet paketləri sifariş edə biləcəklər. Yenilikdən yararlanmaq üçün abunəçinin 2525-ə müvafiq açar sözünü göndərməyi kifayətdir.

İnternetin həcmi

Açar sözü

Qiymət (ƏDV daxil)

50 MB

50x

0.80 AZN

500 MB

500x

2.40 AZN

1 GB

1000x

4 AZN

5 GB

5000x

8 AZN

10 GB

10000x

12 AZN

50 GB

50000x

24 AZN

Bununla yanaşı “Hədsiz” tarif paketi istifadəçiləri təkrarlanan “Limitsiz” paketini mövcud olan qaydalara uyğun olaraq ala bilərlər.

Qeyd edək ki, “Hədsiz” tarif paketi çərçivəsində verilən internet balansı bitdikdə hər əlavə 1 MB internetin həcminə 0.07 manat (ƏDV daxil) tarifikasiya tətbiq ediləcək. Əlavə paketlərin istifadə müddəti 30 gündür və onlar yenilənmir. Bu müddət bitdikdə istifadə edilməmiş balans sıfırlanır. Təkrarlanmayan Aylıq İnternet paketlərindən imtina etmək üçün abunə 2525-ə “STOPX” göndərməlidir. Abunəçilər hər faktura dövrü ərzində müəyyən edilmiş tarixlərdə tarif çərçivəsində verilən internet balansın cari balansını əks etdirən məlumat xarakterli SMS də alacaqlar.

Məlumat üçün bildirək ki, abunəçilər “Hədsiz” tarif paketinə qoşulmaq üçün “Azercell” müştəri xidmətlərinə müraciət edə və ya diler dükanlarından yeni fakturalı xətt nömrəsi ala bilər. “Azercell” şəbəkəsində fiziki şəxs statusuna malik olan fakturalı xətt abunəçilər bu tarifə qoşulduqda abunə haqqı müqabilində verilən xidmətlərdən qoşulma günündən sonra növbəti gündən etibarən faydalana bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR