Angela Merkel bu gün Türkiyədə Suriyadakı vəziyyəti və qaçqınlar problemini müzakirə edəcək

Angela Merkel bu gün Türkiyədə Suriyadakı vəziyyəti və qaçqınlar problemini müzakirə edəcək
# 18 oktyabr 2015 01:55 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, səfər proqramına əsasən, kanslerin İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və baş naziri Əhməd Davudoğlu ilə görüşü nəzərdə tutulub.

Məlumata görə, görüşlərdə diqqət mərkəzində əsasən iki mövzunun - Suriyadakı vəziyyət və Avropada qaçqın böhranının olacağı gözlənilir.

Merkel Ərdoğan və Davudoğlu ilə həmçinin Türkiyədə insan haqları ilə bağlı məsələləri də müzakirə etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR