Qafqaz Universitetində "Pedaqoji kadr hazırlığı: Nailiyyətlər, problemlər" I Respublika Forumu keçirilib

Qafqaz Universitetində "Pedaqoji kadr hazırlığı: Nailiyyətlər, problemlər" I Respublika Forumu keçirilib
# 19 aprel 2016 15:59 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti və Qafqaz Universitetinin birgə "Pedaqoji kadr hazırlığı: Nailiyyətlər, problemlər" I Respublika Forumu təşkil olunub.

APA-nın xəbərinə görə, 275 nəfər orta məktəb müəlliminin iştirak etdiyi forum, müəllim hazırlığı baxımından ölkəmizdəki mövcud təcrübənin qiymətləndirilməsini, həmçinin inkişaf etmiş ölkələrdəki qabaqcıl praktikaların izlənilməsi və xüsusi təhsil modellərinin təkmilləşdirilməsinə işıq tutmaq məqsədilə keçirilib.

Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Qızlar Universiteti və Qafqaz Universitetinin professorları iştirakçıların suallarını cavablandırıblar. İştirakçılara sertifikat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR