Bakıda yataqxanada yanğın baş verib

Bakıda yataqxanada yanğın baş verib
# 04 mart 2016 13:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yataqxanada yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının (hal-hazırda məcburi köçkünlər məskunlaşıb) 1-ci mərtəbəsində ümumi sahəsi 70 kvadrat metr olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kvadrat metr sahədə yanıb.

Yüksək temperaturdan digər otaqda olan 1 ədəd televizor və kondisioner əriyib.

Digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR