Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər hərbi hissədə olublar

Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər hərbi hissədə olublar
# 17 may 2016 16:13 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrindən birinə tanışlıq səfəri təşkil edilib.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qonaqlara hərbi hissə barədə brifinq verilib və onların sualları cavablandırılıb. 15 dövləti təmsil edən hərbi attaşelik aparatının 20-dən çox nümayəndəsi hərbi hissənin əsgər yeməkxanası, yataqxana binaları, məşğələ otaqları, təlim nöqtələri və digər obyektləri ilə tanış olublar. Qonaqlar hərbi hissənin yaranma günü ilə bağlı keçirilən tədbirdə də iştirak ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR