Ağstafada satış üçün nəzərdə tutulan ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb

Ağstafada satış üçün nəzərdə tutulan ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb
# 03 dekabr 2015 17:09 (UTC +04:00)

Bakı-APA. Dekabrın 3-də Ağstafa Rayon Baytarlıq İdarəsi tərəfindən reyd aparılıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, idarə əməkdaşlarının keçirdiyi reyd zamanı Ağstafa rayonunun Poylu kəndində (Stansiyasında) 90cx615 dövlət nömrə nişanlı çörək maşınında bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.

Heyvan cəmdəyinə mütəxəssis baxışı zamanı məlum olub ki, heyvan öldükdən sonra onun başı kəsilib və satış üçün nəzərdə tutulub.

Ağstafa Rayon Polis şöbəsi əməkdaşlarının da iştirakı ilə reallaşan bu tədbir zamanı ölmüş heyvan cəmdəyi qanunvericiliyə uyğun olaraq baytarlıq mütəxəssislərinin nəzarəti altında maşından götürülərək, müəyyən edilmiş ərazidə zərərsizləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər ardıcıl olaraq bütün bölgələrdə davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR