Bakıda 3 nəfərdən narkotik vasitə götürülüb

 Bakıda 3 nəfərdən narkotik vasitə götürülüb
# 13 yanvar 2016 08:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda 3 nəfərdə narkotik vasitə aşkarlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi və 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə və narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən Gəncə şəhər sakinləri - 1980-ci il təvəllüdlü Ramil Məmmədovdan 6,65 qram, əvvəllər məhkum olunan 1967-ci il təvəllüdlü Telman Mirzəliyevdən isə 7,20 qram qurudulmuş marixuana, Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər məhkum olunan, Bakı şəhər sakini 1963-cü il təvəllüdlü Yasəf Hüseynovdan 480 qram qurudulmuş marixuana götürülüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR