Dilçilik İnstitutu: Dərsliklərdə vulqar sözlərdən istifadə yolverilməzdir

Dilçilik İnstitutu: Dərsliklərdə vulqar sözlərdən istifadə yolverilməzdir
# 01 aprel 2016 11:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dərsliklərdə vulqar sözlərdən istifadə yolverilməzdir”. APA-nın xəbərinə görə, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı Rasim Heydərov “Orta məktəb dərsliklərinin dili: norma və üslub problemləri” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, 8-ci sinif “İnformatika” dərsliyində alınma sözlər olduğu kimi yazılıb. R. Heydərov əlavə edib ki, dərslikdə ən çox rast gəlinən səhvlərdən biri “defis” və “tire” işarlərinin qarışdırılmasıdır: “Bundan başqa, dərsliklərdə fonetik və qrammatik səhvlərin olması yaxşı hal deyil”.

İnstitutun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli qeyd edib ki, monitorinqin nəticələri Təhsil Nazirliyinə göndəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR