QDİƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsi ciddi və ağrılı məsələdir"

QDİƏT-in baş katibi: "Dağlıq Qarabağ münaqişəsi ciddi və ağrılı məsələdir"
# 27 aprel 2016 08:57 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Dağlıq Qarabağ münaqişəsi ciddi və ağrılı məsələdir".

APA-nın məlumatına görə, bunu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Maykl Kristides deyib.

O, münaqişənin diplomatik yollarla həllinə ümid etdiyini bildirib: "Ümid edirəm və səbirsizliklə gözləyirəm ki, istənilən həll sülh yolu ilə baş tutacaq və biz zorakılığın, ağır silahların tətbiqinin şahidi olmayacağıq. Bu, yalnız dərin yara və böyük itkilər buraxa bilər".

Baş katib Azərbaycanın QDİƏT-in qurucularından olduğunu deyərək, Bakıda xarici işlər naziri ilə ikili görüş keçirdiyini bildirib: "Mən ona təşkilat çərçivəsində gördüyümüz işlər barədə qısa məlumat verdim. Təşkilatın məqsəd və vəzifələrini yerinə yetirə bilməsi üçün dəstək istədim".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR