Son iki həftədə müharibə əlilləri və şəhid ailələrinə 90-a yaxın ev verilib

Son iki həftədə müharibə əlilləri və şəhid ailələrinə 90-a yaxın ev verilib
# 16 oktyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Bakının şəhəri, Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 47 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, mənzillərin təqdim olunması zamanı Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev sosial cəhətdən həssas qruplardan olan insanların sosial təminatının gücləndirilməsi istiqamətində ilbəil geniş vüsət alan tədbirlərdən bəhs edib.

Qeyd olunub ki, Azərbaycanda davamlı makroiqtisadi inkişaf şəraitində bütün sosial proqramlar, o cümlədən, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir. Ç. Əliyev vurğulayıb ki, dövlət başçısının sərəncamına əsasən, ilkin mərhələdə respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb və ötən həftə onlardan inşası yekunlaşan 41 ev artıq istifadəyə verilib.

Hazırda ƏƏSMN-nin sifarişi ilə Bakı şəhərində, İmişli, Beyləqan və Şamaxı rayonlarında müharibə əlilləri və şəhid ailələri üçün çoxmənzilli (ümumilikdə 238 mənzil) olan yaşayış binaları da inşa edilir: “Bununla yanaşı, Bakıda və ölkənin ayrı-ayrı şəhərlərində hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması və təmir etdirilməsi işləri görülür. Onlardan artıq təmir işləri yekunlaşan 47 mənzil bu gün müharibə əlilləri və şəhid ailələrinə təqdim edilir. Yaşayış binalarından mənzillərin satın alınması bununla əlaqədar tender elan olunmaqla onun nəticələrinə əsasən həyata keçirilir və hazırda yeni mənzillərin alınması istiqamətində işlər davam etdirilir”, - deyə Ç. Əliyev qeyd edib.

Daha sonra yeni mənzillərə baxış keçirilib. Ailə üzvlərinin sayına olaraq təqdim olunan, hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR