AYİB Azərbaycanlı məsləhətçilərə biznes məsləhətlərinin keyfiyyətinin yüksəldilməsi üçün seminar keçirir

AYİB Azərbaycanlı məsləhətçilərə biznes məsləhətlərinin keyfiyyətinin yüksəldilməsi üçün seminar keçirir
# 07 dekabr 2015 11:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən Azərbaycanın 15 konsaltinq şirkəti üçün seminar keçirir.

APA-Economics”in məlumatına görə, Avropa Birliyi tərəfindən maliyyələşdirilən seminar Azərbaycanın yerli məsləhətçiləri tərəfindən yerli kiçik və orta müəssisələr üçün təmin edilən biznes məsləhət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə məsləhətçilərin bacarıqlarının inkişaf etdirilməsi üçün keçirilir. Bu seminar AYİB ilə birlikdə, Sankt-Peterburqdan olan təcrübəli təlimçi Vladimir Çernyavski tərəfindən keçilir.

AYİB-dən bildirilib ki, Azərbaycanda yerli məsləhətçilərin bacarıqlarının və peşə məharətinin artırılması üçün onlarla işləyir: “Məsləhətçilər tərəfindən kiçik və orta müəssisələrə keyfiyyətli layihələrin təqdim edilməsi üçün məsləhətçilərin ixtisas sahəsi genişləndirilir”.

“Layihələrin idarə olunması mövzusunda təlim məsləhətçilərin öz fəaliyyətlərini möhkəmləndirmələrinə və kiçik və orta müəssisələrə daha yaxşı xidmət göstərmələrinə yardım edəcək”, - deyə AYİB Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə Kiçik Müəssisələr üçün Məsləhət məsələləri üzrə rəhbəri Jeff Ferry bildirib.

Qeyd edək ki, seminar sayəsində məsləhətçilər layihələrin idarə olunması prinsiplərini və qabaqcıl təcrübəni tətbiq etməyi, geniş tədris praktikası vasitəsilə layihələrin idarə olunması bacarıqlarını inkişaf etdirməyi, risklərin idarə olunması metodlarını və risklərin yüngülləşdirilməsi strategiyalarını tətbiq etməyi, layihə heyətinə rəhbərlik etməyi və layihələrin gedişatını nəzarətdə saxlamağı öyrənəcəklər. Seminar “Konsaltinq Biznesinizi İnkişaf Etdirin” adlı ixtisaslaşmış təlim kurslarının tərkib hissəsini təşkil edir və burada məsləhətçilərə effektiv və təsirli məsləhət xidmətlərinin göstərilməsi, eləcə də uğurlu konsaltinq biznesinin həyata keçirilməsi üçün əsas bacarıqlar, həmçinin resurslar və metodlar öyrədilir.

Avropa Birliyi və AYİB tərəfindən maliyyələşdirilən seminar Azərbaycanın kiçik və orta müəssisələrinə yardım göstərmək məqsədilə daim inkişaf edən konsaltinq xidmətləri bazarının yaradılması uğrunda həyata keçirilən səylərin bir hissəsidir. 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladıqdan etibarən AYİB 700-dən çox müəssisənin inkişafına yardım göstərmək üçün onların konsaltinq sahəsində təcrübələrdən faydalanmasını təmin edib. Avropa Birliyi 2003-cü ildən bəri bu fəaliyyətlərin dəstəklənməsinə 3,7 mln. avro vəsait sərf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR