Səhiyyə və İqtisadiyyat və Sənaye nazirlikləri qiyməti təsdiqlənmiş dərman vasitələrinə nəzarətə başlayacaq

Səhiyyə və İqtisadiyyat və Sənaye nazirlikləri qiyməti təsdiqlənmiş dərman vasitələrinə nəzarətə başlayacaq
# 14 sentyabr 2015 12:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Sabahdan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri birlikdə ölkə üzrə apteklərdə qiyməti təsdiqlənmiş dərman vasitələrinə nəzarətə başlayacaqlar”.

Bunu APA-ya Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.P. Əzizbəyovun sözlərinə görə, apteklərdə qanunsuzluq aşkarlanacağı təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında ötən ay razılaşma imzalanıb.

Razılaşmaya əsasən dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq. Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR