İndoneziyada gəminin qəzaya uğraması nəticəsində 7 nəfər itkin düşüb

İndoneziyada gəminin qəzaya uğraması nəticəsində 7 nəfər itkin düşüb
# 08 oktyabr 2016 04:01 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Yava adası yaxınlığında sərnişin gəmisi qəzaya uğrayıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər itkin düşüb.

Batan gəminin göyərtəsində onlarla insanın olduğu bildirilir. Qəza nəticəsində itkin düşənlərin olduğu bildirilsə də, xilas edilənlər və ölənlər haqqında məlumat verilmir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR