Nursultan Nazarbayevin beşinci nəticəsi dünyaya gəlib

Nursultan Nazarbayevin beşinci nəticəsi dünyaya gəlib
# 09 iyun 2016 14:31 (UTC +04:00)

Bakı - APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin beşinci nəticəsi dünyaya gəlib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, N. Nazarbayevin nəvəsi Aysultan Nazarbayevin qızı olub.

Qeyd edək ki, A. Nazarbayev baş nazirin müavini, Qazaxıstan prezidentinin qızı Dariqa Nazarbayevanın oğludur.

Bu yay 76 yaşını qeyd edəcək N. Nazarbayevin 3 qızı, 8 nəvəsi və 5 nəticəsi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR