BQXK nümayəndələri təmas xəttini keçən Ermənistan vətəndaşına baş çəkiblər

BQXK nümayəndələri təmas xəttini keçən Ermənistan vətəndaşına baş çəkiblər
# 11 noyabr 2015 15:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri noyabrın 8-də təmas xəttindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşı Lusine Abovyana baş çəkiblər. BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə Ermənistan vətəndaşının saxlanma şəraiti ilə tanışlıq məqsədi daşıyıb.

Xatırladaq ki, noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini, 1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan müdafiənin ön xəttində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən saxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, saxlanılan Ermənistan vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Qısa müddətdə, müvafiq prosedurlar həyata keçirilməklə o, qarşı tərəfə təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR