Bu ilin I rübündə dəmir yolu nəqliyyatı ilə daşımaların həcmi 20%-dən çox azalıb

Bu ilin I rübündə dəmir yolu nəqliyyatı ilə daşımaların həcmi 20%-dən çox azalıb
# 16 aprel 2016 10:12 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-mart ayları ərzində 3,4 mln. ton yük, 422,1 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bununla da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8% və 23,6% azalma müşahidə olunub.

Bundan başqa, orta hesabla sutkada 413 vaqon yüklənib, 380 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,8 min ton, qərb istiqaməti üzrə 4,1 min ton, cənub istiqaməti üzrə isə 1,3 min ton yüklənmə işi yerinə yetirilib.

Ümumilikdə nəqliyyat sektorunda qeyd olunan dövr ərzində yükdaşımanın 7,0%-i dəmir yolu nəqliyyatının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR