Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verib

Rusiya Bakıda doğulan ermənini beynəlxalq axtarışa verib
# 23 mart 2016 15:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Rusiya rüşvət almaqda təqsirləndirilən ermənini beynəlxalq axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1979-cu ildə Bakı şəhərində doğulan Arsen Arzumanyan rüşvətxorluqda təqsirləndirilir. O, Rusiyadan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib və tutulması üçün İnterpola müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR