Mingəçevir Turizm Kollecinin binası yanıb

Mingəçevir Turizm Kollecinin binası yanıb
# 17 mart 2016 12:12 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir Turizm Kollecində yanğın hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində kollecin kitabxanasında qeydə alınıb. Elektrik naqilində yaranan qısaqapanma səbəbindən baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Mingəçevir Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı kitabxanadakı şkaflar, stol və stullar, kompüter dəsti və kitablar yanıb. Hadisə zamanı digər otaqda da inventar avadanlıqlar yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun daha geniş ərazini əhatə etməsinin qarşısı alınıb. Kollecin ümumilikdə 50 kvadratmetrlik hissəsi yanıb, qalanı alovdan mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın baş verən zamanı kollecin müəllim və tələbələri binanın qarşısında Novruz şənliyində iştirak edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR