Beyləqan sakinlərinə qarşı quldurluq edən şəxslər tutulub

Beyləqan sakinlərinə qarşı quldurluq edən şəxslər tutulub
# 16 aprel 2016 11:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Aprelin 14-də Ağdam rayonunun Sarıcalı kəndində şəxsiyyəti məlum olmayan 4 nəfər Beyləqan rayon sakinləri Q. Məmmədovu, E. Hüseynovu, A. Şükürovu və K. Mirzəlini zorla “Niva” və “Nissan” markalı avtomobillərə oturdaraq Tərtər rayonunun Qəzyan kəndinə aparıb, bıçaqla hədələyərək onlardan 264 manat pul və mobil telefonlarını alıb, hadisə yerini tərk ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Ağdam rayon sakinləri Pərviz Kərimov, Ülvi Rüstəmov, Ağasəf Abdullayev və Sadiq Vəliyev tutulublar.


Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR