Azərbaycanın ixtisaslaşmış tibb mərkəzlərində klinik psixoloqlar fəaliyyət göstərəcək

Azərbaycanın ixtisaslaşmış tibb mərkəzlərində klinik psixoloqlar fəaliyyət göstərəcək
# 06 aprel 2016 11:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində psixi sağlamlığın aktual məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, görüşdə müzakirə edilən əsas məsələlərdən biri Azərbaycanda intiharlarla əlaqədar mövcud vəziyyət olub. Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbova bildirib ki, Səhiyyə Nazirliyi xüsusilə gənclər arasında intiharların sayının azaldılmasına səy göstərir. Onun sözlərinə görə, Psixi Sağlamlıq Mərkəzində təcili psixoloji yardım şöbəsi fəaliyyət göstərir. Böhran vəziyyətlərində intihar riskinin yüksək olduğu hallarda psixoloji kömək məqsədilə şöbənin nəzdində “Qaynar Xətt” fəaliyyət göstərir: “Psixi xəstəliklərdən əziyyət çəkənlər KİV-lərdə təhlükəli və əqli çatışmazlığı olan şəxslər kimi təqdim edilir. Pasientlərin dəstəyə və tolerant münasibətə ehtiyacı olan şəxslər kimi düzgün xarakteristikası onların ictimaiyyət tərəfindən qarşılanmasını yaxşılaşdıra bilər.

Mərkəzin klinik-psixoloqu Aygün Sultanova bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən, Azərbaycanın bütün ixtisaslaşmış tibb mərkəzlərində klinik psixoloqlar fəaliyyət göstərəcək. Onun sözlərinə görə, bu da insanlara vaxtında və lazımi yardımların göstərilməsi üçün vacibdir: “Bu gün ölkədə ixtosası olmayan kadrlar fəaliyyət göstərir. Lakin hazırda ölkədə psixi sağlamlıq haqqında qanunvericiliyə dəyişiklər müzakirə edilir. Bunlar qəbul edildikdən sonra hansı sahələr üzrə müvafiq ppsixoloqların fəaliyyət göstərməsi müəyyən ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR