"Bank of Baku" özəl kredit kampaniyası keçirir

"Bank of Baku" özəl kredit kampaniyası keçirir
# 24 dekabr 2015 10:50 (UTC +04:00)

Bakı - APA-Economics. Manatla kreditləşməni davam etdirən "Bank of Baku" yeni il ərəfəsində müştərilərinə bayram hədiyyəsi olaraq nağd pul kreditlərinə 3%-dək endirim tətbiq edir.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, endirim kampaniyasından 30 dekabr 2015-ci il tarixinədək banka nağd pul krediti üçün müraciət edən müştərilər faydalana biləcəklər. Kredit manatla dövlət və özəl müəssisələrində çalışan şəxslərə, həmçinin bankın təkrar müştərilərinə 5000-dək məbləğdə 12 ay müddətinə verilir.

Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan iş yerindən arayışı müştərilər bankdan ayrılmadan Elektron Hökumət xidməti vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.

"Bank of Baku"nun təqdim etdiyi digər kredit məhsulları haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR