Kerri və Çavuşoğlu Suriyada atəşkəsin tətbiqini və İŞİD-lə mübarizəni müzakirə ediblər

Kerri və Çavuşoğlu Suriyada atəşkəsin tətbiqini və İŞİD-lə mübarizəni müzakirə ediblər
# 18 fevral 2016 20:45 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın dövlət katibi Con Kerri və Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu telefon danışığı zamanı Suriyadakı vəziyyəti və İŞİD-lə mübarizəni müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.

“Onlar humanitar yardımın çatdırılması və atəşkəsin tətbiqi daxil olmaqla Suriyadakı son hadisələri və İŞİD-lə mübarizədə göstərilən səyləri müzakirə ediblər”, deyə məlumatda bildirilir.

Bundan başqa, Kerri Ankarada fevralın 16-da törədilən terror aktı ilə əlaqədar başsağlığı verib.

“Dövlət katibi ABŞ-ın NATO-dakı müttəfiqimiz olan Türkiyə ilə tərəfdaşlığa və terrorçuluqla ümumi mübarizəyə dair öhdəliklərinə sadiqliyini bir daha təsdiqləyib”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR