Obama “Zika” virusuna qarşı təcili tədbirlərin görülməsinə çağırıb

Obama “Zika” virusuna qarşı təcili tədbirlərin görülməsinə çağırıb
# 27 yanvar 2016 19:48 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama “Zika” virusunun profilaktikası və müalicə üsullarına dair təcili tədbirlərin həyata keçirilməsinə çağırıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, təhlükəli virusa yoluxma halları artıq dünyanın 21 ölkəsində qeydə alınıb.

İnsanlarda temperaturun cüzi qalxması, konyunktivit (gözun selikli qişasının iltihabı) və baş ağrısı xəstəliyin ilkin simptomları kimi göstərilir.

Qeyd olunur ki, adıçəkilən virus xüsusən hamilə olan qadınlar üçün təhlükə kəsb edir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyin bütün Şimali və Cənubi Amerika ölkələrində yayılma ehtimalından narahat olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR