Rusiyada qəzaya düşən macarıstanlı diplomat xəstəxanada ölüb

Rusiyada qəzaya düşən macarıstanlı diplomat xəstəxanada ölüb
# 29 dekabr 2015 08:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Macarıstanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu Pal Yene Fabian xəstəxanada vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov deyib.

Onun sözlərinə görə, həkimlərin səylərinə baxmayaraq, komada olan diplomatı xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, macarıstanlı diplomatın idarə etdiyi “Volvo” markalı minik avtomobili “QAZ-53” markalı yük avtomobili ilə toqquşub. Diplomat ağır kəllə-beyin travması, döş qəfəsinin zədələnməsi və sümüklərinin qırılması diaqnozu ilə Ufa şəhər xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR