“Donuz qripi” təhlükəsi ilə əlaqədar 323 məktəb, 240 uşaq bağçası dezinfeksiya olunub

“Donuz qripi” təhlükəsi ilə əlaqədar 323 məktəb, 240 uşaq bağçası dezinfeksiya olunub
# 29 yanvar 2016 10:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “İndiyə kimi “donuz qripi” təhlükəsinə qarşı 323 məktəb və 240 uşaq bağçasında dezinfeksiya işləri aparılıb”.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər Dezinfeksiya Stansiyasının baş həkimi Akif Məmmədov deyib.

O bildirib ki, dezinfeksiya işləri Bakı, Gəncə, Mingəçevir, Sumqayıt və Abşerondakı məktəb və bağçalarda aparılıb.

Baş həkim qeyd edib ki, məktəb və bağçalarda dezinfeksiya işləri bu həftənin sonunda başa çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR