Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb

Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb
# 24 fevral 2016 10:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradılıb. Nazirlikdən APA-ya verilən məlumata görə, şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Apellyasiya Şurasının tərkibinə nazirliyin və onun tabeliyində olan qurumun məsul şəxsləri daxildir. Gənclər və İdman Nazirliyinin Apellyasiya Şurasına sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR