Futzal üzrə Azərbaycan yığması dünya çempionatına qələbə ilə başlayıb

Futzal üzrə Azərbaycan yığması dünya çempionatına qələbə ilə başlayıb
# 13 sentyabr 2016 02:32 (UTC +04:00)

Bakı-APA. Bu gecə futzal üzrə Azərbaycan yığması dünya çempionatında mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, Kolumbiyada təşkil olunan mundialda millimiz ilk sınağına çıxıb. Tarixində ilk dəfə planetin ən yaxşıları arasında yer alan komandamız "F" qrupunda Mərakeş yığması ilə üz-üzə gəlib. Medelyin şəhərində keçirilən matçda millimiz rəqibinə şans verməyib - 5:0.

"F" qrupunun digər görüşündə İran və İspaniya qarşılaşacaq.

Dünya çempionatı

Qrup mərhələsi, I tur

F qrupu

13 sentyabr

Mərakeş – Azərbaycan – 0:5
Qollar: Vassura, 15, 18, 33; Qallo, 29; Tyaqu, 31.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR