Bankların xarici borclanması azalmaqda davam edir

Bankların xarici borclanması azalmaqda davam edir
# 14 sentyabr 2016 08:12 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 113,1 mln. manat və ya 1,72% azalaraq 2016-cı ilin avqust ayının 1-nə 6 448,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin iyun ayı ilə müqayisədə iyulda bankların xarici borclanması 177,5 mln. manat və ya 2,68% azalıb.

Ümumiyyətlə, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin iyulunda bankların məcmu xarici öhdəliklərin həcmi 1 756,2 mln. manat və ya 21,41% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin avqustun 1-nə 4 496,1 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 mln. manat və ya 0,03% azdır. Məcmu xarici aktivlərin həcmində bu ilin iyun ayı ilə müqayisədə iyulda 361,2 mln. manat və ya 7,44%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR