Şəmkir sakini intihara cəhd edib

Şəmkir  sakini intihara cəhd edib
# 05 avqust 2016 22:07 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakini sirkə turşusu içərək intihara cəhd edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qapanlı kənd sakini 1985-ci il təvəllüdlü Gülnarə Əliyeva sirkə turşusu ilə zəhərlənmə əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. G. Əliyevanın özünə qəsd etməsi məqsədi ilə sirkə turşusu içdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR